Bu gün “Pişik” ləqəbi ilə tanınan müğənni Günel Ələkbərova əməliyyat masasına uzanıb.
Oxu.Az xəbər verir ki, ailəm.az-ın məlumatına görə, ifaçı sinəsindəki silikonlarını çıxartdırıb. O, döş nayihəsinin ölçülərini kiçiltmək məqsədi ilə əməliyyata girib.
Xəbərdə həmçinin bildirilir ki, Günel burun hissəsində də plastik əməliyyat etdirib.
Onu da bildirək ki, sözügedən əməliyyatlar bir neçə saat öncə Bakıdakı İstanbul klinikasında baş tutub.
Məsələni dəqiqləşdirmək üçün ifaçı ilə əlaqə saxlamaq cəhdlərimiz uğursuz oldu. Günelin telefonuna zəng çatmadı.
Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin