Bir neçə gün bundan əvvəl əməkdar artist Röya Ayxanın məşhur “Kesin bilgi” mahnısının plagiat olması ölkə gündəmi və sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Oxu.Az-ın Qafqazinfo-ya istinadla məlumatına görə, sözləri və musiqisi Gülşənə və aranjemanı Ozan Çolakoğluna aid olan mahnını 2010-cu ildə Rumıniyanın məşhur müğənnisi Mattyas səsləndirib, “Missiying you” adlanır.
Azərbaycanda tez-tez rastlaşdığımız plagiat məsələsinə bu dəfə türkiyəli söz və musiqi yazarı, aranjemançısı əl atıb.