Bir neçə gün öncə keçirdiyi plastik əməliyyatlarla gündəmə gələn “Xəzər TV”də yayımlanan “X Maqazin” və “Şən bazar” şou verilişlərinin aparıcısı Zümrüd Bədəlova yeni görüntülərini paylaşıb.
Oxu.Az xəbər verir ki, sükan arxasında əyləşən teleaparıcının simasında cərrahi yolla edilən dəyişiklik diqqətdən yayınmayıb.
Zümrüd sosial mediada göz ətrafı və alnının şişkin olmasını belə qələmə verib:
“Endoskopik yolla qaş qaldırma əməliyyatı keçirməyimdən beş gün keçir. Üzümün bərpası üçün daha uzun zaman lazım olacaq. Saçımda da bandaj var, çünki qulaqlarımda da əməliyyat keçirmişəm. Bu yaşa kimi etdiyim ilk və son plastik toxunuşlar idi. Gözəlləşək və gənc qalaq”.
Qeyd edək ki, Z.Bədəlova qaş qaldırma, qulaqlarında və qarın nahiyəsində abdominoplastika əməliyyatları keçirib.
Rəşad Əliyev