ABŞ-da “Playboy” jurnalı üçün çəkilən model Keti Mey ölüb. Onun 34 yaşı var idi. O, yuxu arteriyasının tıxanmasından sonra keçirdiyi ürək tutmasından vəfat edib.
Oxu.Az xəbər verir ki, modelin qardaşı Stiven “People” nəşrinə keçən həftə bacısının boynundakı ağrılara görə həkimə şikayət etdiyini bildirib.
Onun yeddi yaşlı Miya adında qızı qalıb. Mey ailəsi artıq internetdə qızın təhsili üçün vəsaitin yığılmasına görə kampaniyaya başlayıb.

