Xalq artisti Nazpəri Dostəliyevanın prodüseri kimi tanıdığımız Mikayıl Hüseynov hər kəsi təəccübləndirəcək məlumat verib.
Oxu.Az bildirir ki, prodüser “Facebook” səhifəsində belə bir yazı paylaşıb:
“Camaatın statuslarını oxuyub ölürəm gülməkdən. Hamı ağızdolusu “prodüser” deyir özünə. Müğənni şotuna konsert eləyir, deyir ki, 10 dəfə konsert eləmişəm, 100 dənə layihə etmişəm. Gülüncsünüz... çox gülüncsünüz...”
“Ona görə həftənin bu başı bir müğənninin, o biri başı da başqa müğənni ilə işləyirsiniz. Ayıbdır, dərs oxuyanlar, gedin dərsinizlə məşğul olun, şirkətdə işləyənlər şirkətinizlə, qadın alveri ilə məşğul olanlar alveri ilə, müğənniyə verilən şabaşı pesok qabında gizlədənlər, şalvarınını içinə soxanlar isə “moşennikliyi”ndə olsun! Bu arada namaz qılıb özünü Bakıda saf, təmiz göstərənlər, Bakıdan kənarda isə göbək atanlar da öz işlərində olsun!”
Aytən Sadıqzadə
www.oxu.az