Prodüser Tolik şəhidlərimizin ruhuna hörmət əlaməti olaraq təşkilatçısı olduğu xalq artisti Aygün Kazımovanın konsertini təxirə saldıqdan sonra birgə çalışdığı müğənni Elton Hüseynəliyevin də doğum gününü sosial şəbəkədə təbrik etməməyə çağırıb.
Oxu.Az xəbər verir ki, hər iki məşhur İnstagram səhifəsində ötən gün yazılı foto paylaşıb:
“Sabah Eltonun ad gününü keçirəcəkdik, hətta bəzi qonaqları da danışmışdıq. Restorana da yüzə qədər qonağın olacağını bildirib, siyahı da tutmuşduq, amma Elton dünən mənə yığdı, dedi:
“Tolik, eləməyək, dedim, mən də sənə deyəcəkdim, çəkindim ki, deyərsən, bu konsert deyil ki, ad günüdür, amma ikimizin də ürəyindən oldu. Elton əslən Qubadlıdandır və mənə çox xoşdur ki, o əhd etdi ki, gələn il ad gününü Qubadlıda qeyd eləmək ona nəsib olar, inşallah”.
Bütün şou-biznes əhlindən, tanışlardan xahiş edirəm, heç kim saat on ikidən sonra Eltonun şəklini paylaşıb təbrik etməsin! Yalnız özünə istəsəniz təbrik mesajı ata bilərsiz. Sosial şəbəkələrdə bunu etməyin! Sabah şəhidlərimizin yeddisidir! Unutmayın!”.

Aytən Sadıqzadə
www.oxu.az