Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Prokurorluqda İbrahim Tatlısesə qarşı iddia qaldırıldı
Türkiyənin tanınmış müğənnisi İbrahim Tatlısesə qarşı prokurorluqda iddia qaldırılıb.
Oxu.Az İHA agentliyinə istinadla xəbər verir ki, İzmir Respublika Baş Prokurorluğuna iddia ərizəsini təqdim edən isə ifaçının keçmiş meneceri Şule Yazardır.
Ş.Yazar sənətçinin onu hədələdiyini və psixoloji şiddət tətbiq etdiyini iddia edib:
"Ərimi və uşaqlarımı qorumaq və mənə qarşı edilənləri qeydiyyata almaq məqsədilə məcburən iddia ərizəsini verdim. Səkkiz ay boyu müxtəlif təzyiqlərə məruz qaldım. Psixoloji cəhətdən çökmüşəm".
"İbrahim Tatlıses" teqi üzrə xəbərlər
Ən çox oxunanlar