Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

PRoMete Qaraqan və Nağılbazdan DANIŞDI: "Repdə çox insan dəlidir"
Baku TV-də yayımlanan "Qapqara" verilişinin budəfəki qonağı reper, prodüser Pərviz İsaqov (PRoMete) olub.
Rep sənətindən söz açan P.İsaqov bu sahədəki əksər insanların "dəli" olduğunu söyləyib:
"Çünki bizlər başqa sahədə milyoner ola bilərdik, amma bu sənəti dəlicəsinə sevib, onunla davam edən insanlarıq". P.İsaqov verilişdə Anar Nağılbaz haqqında danışıb. Onu "Azərbaycan repinin atası" adlandırıb: "Bütün güclü reperlər həmişə mütaliə edirlər, onun yaradıcılığını öyrənirlər. Anar Nağılbaz elə bir iz qoyub ki, yaxın zamanda "repin atası"nı axtarmağa ehtiyac yoxdur".
P.İsaqov özünün repdə sevilmədiyini deyib:
"Musiqi sahəsində aldığım geridönüşlər bunu göstərir ki, sevilirəm. Amma repin sanki istiotuyam. Özümə qarşı həm reperlərdən, həm də dinləyicilərdən qərəzli mövqe hiss edirəm, səbəbini isə başa düşə bilmirəm. Bu mənim Qaraqanla (Elxan Zeynallı) münasibətimin korlanması ilə əlaqəli deyil. Çünki HOST dövründə də belə mövqeni hiss etmişəm. Yəqin ki, hədəfi olan insanlar sevilmirlər".
Ətraflı süjetdə:

"Baku TV" teqi üzrə xəbərlər
- Bakılı ərindən boşanan Alsu Azərbaycana gəldi
- İordaniya şahzadəsi: "COP29 mühüm dönüş nöqtəsi oldu"
- 22 yaşlı qızın qətli ilə bağlı detallar məlum oldu - Xəbərlərin 20:00 buraxılışı
- Restoranlara neçə kiloqramlıq heyvan sərf edir? - Qəssablar qiymətdən DANIŞDILAR
- USAID-in Azərbaycandakı fəaliyyəti DAYANDIRILDI?
Rəylər