Tanınmış aktrisa Pərvin Abıyevanın başına iş gəlib.
Oxu.Az Qafqazinfo-ya istinadla xəbər verir ki, filmlərdən birinin qala gecəsinə geyindiyi libası aktrisanı pis vəziyyətə salıb. Belə ki, ağır və dar olan geyim Pərvinin hərəkətinə maneə olub. Həmçinin libasın arxası cırılıb.
Abıyeva bundan narahat olub və fotoqrafların həmin libası arxadan çəkməyinə maneə olmağa çalışıb. Aktrisa jurnalistlərin suallarını da cavablandırmayıb.
O, əhval-ruhiyyəsinin yaxşı olmadığını söyləyib.
A.S.
www.oxu.az