“Miss Kainat-2105” gözəllik müsabiqəsi bir çoxlarının yaddaşında yalnız gözəllik bayramı kimi deyil, eləcə də Stiv Harvinin çiyinləri üzərinə düşən, qalibin adının səsləndirilməsi qalmaqalı ilə yadda qaldı.

Xatırladaq ki, ən məsuliyyətli anda aparıcı adları səhv saldı və 26 yaşlı filippinli Pia Alonso Vurtsbaxın əvəzinə, kolumbiyalı Ariadna Quterresin adını çəkdi. Görünüşə görə, kolumbiyalı gözəl Harviyə bu səhvə görə təşəkkür etməlidir, belə ki, bundan sonra onun karyerasında yüksəliş baş verib.

Ariadnaya baş rolu Vin Dizelin oynadığı Hollivudun döyüş filmində rol təklif ediblər.
“People” jurnalının məlumatına görə, 22 yaşlı Quterresi “Üç iks: Ksander Keycin qayıdışı” filminə dəvət ediblər.
“Vitse-miss Kainat” filmdə hansı rolu oynayacaq? Əlbəttə ki, baş qəhrəmana aşiq olmuş qız rolunu.

Filmdə, həmçinin Semuel L.Ceksonu, Toni Kolleti, Ays Kyubanı və Toni Canı görəcəyik. Süjetin mərkəzində super-agent Ksander Keycdir. O, Pandora qutusu adlı apokalipsis silahını zəbt etmiş terrorçuların cavabını vermək üçün sürgündən qayıdır.