Dəfələrlə efirlərə şeirlərindən çox qalmaqalları ilə qatılan şair Nazilə Səfərli deputat olmağa qərar verib.
Oxu.Az-ın məlumatına görə, bu barədə o, öz “Instagram” səhifəsində məlumat verib.
N.Səfərli onun deputat olmaq istəyinə mənfi rəy bildirənlərə isə “Mənim 2 ali təhsilim var. Səs toplasa, taksi sürücüsü də deputat ola bilər, mən niyə olmayım?”, - cavabını verib.
Xatırladaq ki, şou-biznes nümayəndələrindən Faiq Ağayev, Elza Seyidcahan və Tünzalə Ağayeva deputat olmaq istəklərini dilə gətiriblər.
Bu arzusunu reallaşdıran mədəniyyət xadimlərimiz sırasında Zeynəb Xanlarova, Mikayıl Mirzə, Amaliya Pənahovanın adını çəkmək olar.
