Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Qeyri-qanuni qızından İbrahim Tatlısesə zəhər dolu ismarış – FOTO + VİDEO
Türkiyənin imperatoru adlandırılan İbrahim Tatalısesin qeyri-rəsmi nikahdan dünyaya gələn qızı Dilan Çıtak sosial şəbəkədə bioloji atasına zəhər dolu sözlər ünavanlayıb.
Oxu.Az xəbər verir ki, hal-hazırda ağır əməliyyat olunmaq üçün Amerikaya gedən sənətçi İbrahim Tatlısesin qeyri -qanuni qızı olaraq gündəmə gələn müğənni Dilan Çıtak, doğma atasına atmaca ataraq atalığını xoş sözlərlə yad edib.
Qeyd edək ki, anası Dilana İbrahim Tatlısesdən hamilə ikən 8 il əvvəl vəfat edən futbolçu Cem Çıtakla ailə həyatı qurub.
Mənəvi atasını xatırlayarkən bioloji atası Tatlısesə atmaca atan gənc müğənni, "Şanslıyam ki, bizə aşiq ana və atanın qızıyam. Ata və ana pulla satın alınan hörmətlə, ağızdan çıxan sevgiylə olmur. 8 il əvvəl rəhmətə gedən adamın övladıyam. Min dəfə öpürəm adamım" ,- deyə status yazıb.
Xatırladırıq ki, Dilan Çıtak iki il bundan əvvəl İbrahim Tatlısesin qızı olduğu iddiası ilə gündəmə gəlmişdi.
Aytən Sadıqzadə
Rəylər