Ötən gecə ABŞ-ın Los-Anceles şəhərində “MTV Film və TV mükafatları” mükafatlandırma mərasimi keçirilib.
Oxu.Az xarici KİV-ə istinadla xəbər verir ki, mərasimin başlamasından bir neçə saat sonra dolu yağıb. Məşhurlar qırmızı xalçadan keçərkən çətinlik çəkiblər.
“MTV Film və TV mükafatları”na layiq görülənlərin siyahısını təqdim edirik:
“İlin filmi” - “Beauty and the Beast”
“Ən yaxşı kinoaktrisa” - Emma Watson (“Beauty and the Beast”)
“İlin serialı” - “Stranger Things”
“Ən yaxşı serial aktrisası” - Millie Bobby Brown (Stranger Things”)
“Ən yaxşı öpüşmə səhnəsi” - Ashton Sanders and Jharrel Jerome (“Moonlight”)
“Ən yaxşı mənfi obraz” - Jeffrey Dean Morgan (“The Walking Dead”)
“Ən yaxşı aparıcı” - Trevor Noah (“The Daily Show”)
“Ən yaxşı sənədli film” - “13th”
“Ən yaxşı yarışma” - “RuPaul s Drag Race”
“Ən yaxşı komediya performansı” - Lil Rel Howery (“Get Out”)
“Ən yaxşı qəhrəman” - Taraji P. Henson (“Hidden Figures”)
“Ən yaxşı ikili” - Hugh Jackman və Dafne Keen (“Logan”)