Fevral ayının 2-si “Gənclər Günü” münasibətilə məşhurlar Qocalar evini ziyarət edəcək.
Oxu.Az xəbər verir ki, konsertdə müğənnilərdən Yaşar Yusub, Emil Bədəlov, Çingiz Mustafayev, Lamiyə Novruzova, Əbdül Xalid, Ramal, Günay İbrahimli, aşıq Səbuhi Hamletoğlu və başqaları öz ifaları ilə övlad qayğısına ehtiyac duyan valideynləri, yaşlı insanları sevindirəcəklər.
Qeyd edək ki, konsertin təşkilatçısı Xaqani Amirlidir.
Aytən Sadıqzadə
www.oxu.az