Belarusiyada yaşayan azərbaycanlı maniken Hafiz Ağayev Bakıda “Baku Fashion Week” adlı moda həftəsi təşkil etmək istəyir.
Oxu.Az Vesti.az-a istinadən xəbər verir ki, planlaşdırılan tədbir “Buta Palace”in səhnəsində baş tutacaq.
Təşkilatçı bunları qeyd edib:
““Baku Fashion Week” unikal layihədir. Sözügedən layihə üzərində çox professional heyət çalışır. Layihəyə dəvət olunan qonaqlar arasında dünya şöhrətli model Naomi Kempbell də var”.