Sizə Alessandro Safinanın Heydər Əliyev Mərkəzində keçiriləcək konserti barəsində məlumat vermişdik.
Oxu.Az xəbər verir ki, İtaliyanın dünya şöhrətli opera və estrada müğənnisi Alessandro Safinanın fevralın 21-də Heydər Əliyev Mərkəzində keçiriləcək solo konsertinin biletləri artıq satışdadır.
Biletləri Heydər Əliyev Mərkəzinin kassasından əldə etmək mümkündür. Biletlərin qiymətləri 50, 100, 200, 300 AZN-dir.
Qeyd edək ki, Alessandro Safina Bakıda təşkil olunacaq ilk konsertində hitə çevrilmiş və müxtəlif ölkələrdə sevilən mahnılarını ifa edəcək. Müğənninin iki saatadək davam edəcək konsertində “Incanto”, “Memories”, “Luna”, “Besame Mucho”, “La Nave Va”, “Al Di La” və digər məşhur ifaları səslənəcək.

Aytən Sadıqzadə
www.oxu.az