Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Azərbaycan insan kapitalı indeksinə görə regionun lideridir
Ümumdünya İqtisadi Forumunun (ÜİF) məlumatına görə, Azərbaycan insan kapitalı indeksinə görə Cənubi Qafqaz ölkələri arasında liderdir.
Oxu.Az xəbər verir ki, bu barədə ÜİF-in “Human Capital Report – 2013” hesabatında deyilir.
Məruzəyə əsasən, MDB ölkələri arasında reytinqdə ən yüksək mövqedə Qazaxıstan qərarlaşıb – 45-ci yer. Daha sonra Rusiya (51), Ukrayna (63), Azərbaycan (64), Ermənistan (73), Moldova (83) və Qırğızıstan gəlir. Qonşu Gürcüstan 77-ci yerdə qərarlaşıb.
Ballara görə Azərbaycanın reytinqi 0,157, Gürcüstan 0,258, Ermənistan 0,218 təşkil edib.
“Təhsil” göstəricisinə görə ölkəmiz 0,153 balla 71-ci, “Sağlamlıq və səhiyyə” göstəricisinə görə 94-cü (0,414 bal), “İşçi qüvvəsi və məşğulluq” 55-ci yer (0,016 bal), “Əlverişli şəraitin yaradılması” – 55-ci (0,016 bal) yerləri tutub.
ÜİF-in reytinqinin ilk pilləsində İsveçrə (1,455 bal), Finlandiya (1,405 bal), Sinqapur (1,232 bal) qərarlaşıb. Liderlərin sırasında Hollandiya və İsveç də var.
Reytinqdə son pillələri Qvineya, Mavritaniya və Yəmən tutublar.
Qeyd edək ki, bu və ya digər ölkənin insan kapitalının inkişafı üzrə uğurlarını qiymətləndirərkən, 4 əsas qrupda – təhsil (ali, orta və ilkin) və peşəkar hazırlıq; sağlamlıq, fiziki və psixoloji rifah; işədüzəlmə və məşğulluq; infrastruktur, hüquqi müdafiə, sosial mobillik kimi qruplarda birləşdirilmiş 50-dən artıq göstəricidən istifadə olunur.
Gülnarə Zeynalova
www.oxu.az
"Ermənistan" teqi üzrə xəbərlər
- Paşinyan Ermənistanın keçmiş prezidentlərini hədələdi
- Paşinyan: "Qarabağ hərəkatı" davam etməməlidir"
- Paşinyan Ermənistanın baş naziri olmaqdan imtina etməsinin şərtini açıqlayıb
- Rubinyan: "Ermənistan və Azərbaycan sülh sazişi imzalayana qədər müharibə təhlükəsi qalacaq"
- Paşinyan: "İrəvan Bakıdan diplomatik kanallar vasitəsilə alınan məlumatları araşdırır"