Adana Qocalar Evində yaşayan TRT-nin məşhur aparıcısı Mesut Mertcanın istəyi yerinə yetirilərək ona əlil arabası bağışlanılıb.
Oxu.Az Türkiyə KİV-nə istinadla xəbər verir ki, Çukurova Bələdiyyə Başçısı Soner Çetin aparıcını qocalar evində ziyarət edib.

Görüş zamanı Mertcan hazırladığı şeir kitabının işıq üzü görməsi üçün S.Çetindən dəstək istəyib. O, Mertcanın kitabının nəşr olumasına kömək edəcəyinə söz verib.

Qeyd edək ki, Mesut Mertcan 15 sentyabr 1946-cı ildə Adanada doğulub.
“Türkiyənin harasında olursa-olsun aparıcılıq etmək istəyirəm” deyə TRT-yə məktub yazaraq müraciət edib. 1973-ci ildə Ərzurumda işə başlayıb.
O, Ankarada Qazi Universitetinin ingilis dili bölməsində təhsil almasına baxmayaraq, ali məktəbi yarımçıq tərk edib.

İllərlə “TRT1” televiziyasında xəbər aparıcısı kimi fəaliyyət göstərib.
1987-ci ildə Türkiyədə keçirilən seçkilərdə millət vəkilliyinə namizədliyini irəli sürüb.
Millət vəkili seçilə bilmədikdən sonra “Star”, “Kanal 6”, “Kanal 9”, “Milli Kanal” kimi televiziya kanallarında aparıclıq edib.
İki övladının olmasına baxmayaraq, aparıcı 2014-cü ildən qocalar evində yaşayır.
Aytən Sadıqzadə
www.oxu.az