“Bu şəhərdə”nin aktyorları Rafael İsgəndərov və Coşqun Rəhimov Heydər Əliyev sarayında 5 günlük konsert proqramı ilə çıxış etməyə hazırlaşırlar.
Oxu.Az xəbər verir ki, bu haqda “Bu şəhərdə”nin ssenaristi və prodüseri Müşfiq Abbasov sosial şəbəkədə məlumat verib.
Aktyorlar oktyabrın 10-dan 14-nə kimi “UZİ-n ağ olsun” adlı tamaşa ilə izləyicilərini sevindirəcəklər.

Aytən Sadıqzadə
www.oxu.az