Türkiyəli müğənni Rafet El Roman “Posta”ya müsahibəsində iş və şəxsi həyatından bəhs edib.
Oxu.Az xəbər verir ki, o, “En güzel şeyi sevdim” adlı yeni klipində rol alan azərbaycanlı model Dilbər Mahmudova ilə sevgili olması barədə yayılan xəbərlərə də münasibət bildirib.
“Belə bir şey yoxdur. Bodrumda iki klip çəkdik. D.Mahmudova da kliplərin birində oynadı”, - deyə ifaçı bildirib.
“Son boşanmağımdan bir il keçir. Həmin vaxtdan bəri 20 qadınla görüşmüşəm. Lakin onlardan yalnız üçü ilə gerçək nələrsə yaşaya bilərəm. Təkrar evlənəcəyimi deyə bilmərəm, amma ailə qursam da, uşaq olmayacaq”, - deyə o əlavə edib.
Aytən Sadıqzadə
www.oxu.az