Ramal İsrafilov Xalq artisti Aygün Kazımova ilə bağlı açıqlama verib.
Oxu.Az xəbər verir ki, Ramal A.Kazımovaya hədiyyə etdiyi “Biletini alma” mahnısını xalq artistinin ifasında bəyənmədiyini söyləyib:
“Mahnımı istədiyim kimi görməyəndə özüm səsləndirməyə məcbur oluram. “Biletini alma” mahnısını ilk dəfə başqa müğənniyə təqdim edəcəkdim. Aygün xanım isə mənim “Gecə-gündüz” adlı mahnımı ifa edəcəkdi. “Biletini alma” mahnısını DJ Kazım Sübhan dinlədi və məndən xahiş etdi ki, bunu Aygün xanıma verim, o səsləndirsin. Mən də razılaşdım. Aygün xanımın ifası isə məni qane etmədi. Buna görə də mahnımı ilk dəfə xalq artistimizin ad günü partisində özüm səsləndirdim. O, məni alqışladı, amma “mahnı olmadı” deyərək, ifamı bəyənməmiş hərəkət etdi. Əgər Aygün xanım buna münasibət bildiribsə, deməli, bəyənib. Sadəcə, o, zarafatla deyilən söz idi. Çünki məni alqışladı”.
Aytən Sadıqzadə
www.oxu.az