Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Daun sindromlu uşaqlar üçün xeyriyyə aksiyası – FOTO
Dünən, fevral ayının 11-də Merci Baku restoranında gözəl aksiya – Daun sindromlu uşaqlar üçün xeyriyyə tədbiri keçirilib.
Oxu.Az xəbər verir ki, aksiyada Daun sindromlu uşaqların əl işlərindən ibarət sərgi təşkil olunub.
Ən yaxşı əl işlərinin sahibləri diplomla təltif olunub.
Daun sindromlu insanların Assosiasiyası 2002-ci ilin mart ayında yaradılıb. Əvvəlcə o, Daun sindromundan əziyyət çəkən uşaqlardan ibarət kukla teatrı kimi, 2005-ci ildə isə Daun sindromlu insanların Assosiasiyası kimi fəaliyyətini davam etdirib. Assosiasiyanın əsas məqsədi Daun sindromlu insanların sosial-mədəni reabilitasiyasını və cəmiyyətə inteqrasiyasını təşkil etməkdir.
Uşaqlar xoş təəssüratlarla bol olan axşam keçiriblər, onları çay və şirniyyata qonaq ediblər.
Xatırladaq ki, Daun sindromu – 21-ci xromosom genetik materialın əlavə surətinin olduğu, yəni insanda 46 xromosom əvəzinə 47 xromosom olan patologiyadır.
Xəstəlik əqli və fiziki inkişafın zəif olması ilə xarakterizə edilir, bununla yanaşı, belə uşaqlar qeyri-adi istedada malik olurlar. Onların arasında məşhur musiqiçi, rəssam və hətta idmançılar belə var.
Aytən Sadıqzadə, Aliyə İsmayılova
Foto: Nüsrət Abdullayev
www.oxu.az
Rəylər