Azərbaycanın “Neftçi” futbol klubu AFFA-nın İntizam komitəsinin “Xəzər Lənkəran” – “Neftçi” oyunu ilə bağlı çıxardığı bəzi qərarlarla razılaşmır.
Oxu.Az klubun saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi bununla əlaqədar olaraq AFFA-nın Apelyasiya və Ekspert komitəsinə müraciət edəcək.
Qeyd edək ki, Lənkəran şəhər stadionunda keçirilən qarşılaşma 2:2 hesablı bərabərliklə başa çatıb. Həmin matçdakı hadisələrə görə “ağ-qaralar” 30 min 200 manat məbləğində cərimələnib, klubun dörd futbolçusu isə cəzalandırılıb.