Dünən Lənkəranda baş tutan “Xəzər Lənkəran” – “Neftçi” matçının son saniyələrində aləm bir-birinə dəyib.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, matçın son saniyələrində “Lənkəran” klubunun hesabı bərabərləşdirməsinə “Neftçi” etiraz edib. Etirazdan doğan insidentdə hər iki tərəf bir-birini təhqir edib və əlbəyaxa dava düşüb.
Nəticədə baş hakim Rəhim Həsənov 3 neftçili (Tərlan Quliyev, Bruno Bertuççi, Karlos Kardoso) və 1 xəzərli futbolçunu (Ağabala Ramazanov) meydandan qovub.
Qeyd edək ki, oyunda azarkeşləri qıcıqlandıran əsas hərəkətlərdən biri Mahir Şükürovun azarkeşlərə orta barmaq işarəsini tutmasıdır.
Oxu.Az “Xəzər Lənkəran”ın Facebook səhifəsinə istinadən fotoları təqdim edir: