Dünən baş tutan “Xəzər Lənkəran” - “Neftçi” oyunundan sonra mətbuat konfransı keçirilib.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, “Neftçi”nin baş məşqçisi Böyükağa Ağayev mətbuat konfransında olduqca iddialı fikirlər söyləyib.
“Baş hakim Rəhim Həsənov 3 xalı əlimizdən aldı. Onu Allaha tapşırıram. İndiyənə kimi elə bilirdim ki, naxçıvanlılarla talışlar oxşardılar. Ancaq bundan sonra bildim ki, aralarında heç bir oxşarlıq yoxdur. Avtobusumuzun şüşəsini qırdılar, bizi təhqir etdilər”.
Qeyd edəki ki, “Xəzər Lənkəran” - “Neftçi” oyunu 2-2 hesabla, bərabərliklə başa çatıb.