Sankt-Peterburqda polis əməkdaşları ödəmə terminalını mağazadan oğurlayanları həbs edib.
Oxu.Az Rusiya KİV-nə istinadən bildirir ki, qarət 9 fevral tarixində baş verib.
İlkin məlumata görə, iki nəfər Veteranlar prospektində yerləşən “Semya” mağazasına daxil olaraq “Smart 12” ödəmə terminalını “Qazel” maşınına yükləyərək aparıblar.
Mikroavtobusun nömrəsi hadisənin şahidi olanların köməyi ilə müəyyən edilib və qarətçilər yaxalanıb.
Bu, 34 yaşlı Azərbaycan vətəndaşı və 31 yaşlı Cənubi Osetiya vətəndaşı olub.