Xalq artistləri Rasim Balayevlə Amaliya Pənahovanın oğul övladı Rusiyada yaşayırmış.
Söhbət "Babək" filmində baş qəhrəman Babəkin və onun həyat yoldaşı Zərnisənin oğlu Buğdayı oynayan aktyor Məhəmməd Verdiyevdən gedir.
Oxu.Az publika.az-a istinadla xəbər verir ki, müğənni Günay Şuşalı sosial şəbəkədə aktyorla Rusiyanın Tver vilayətində çəkdirdiyi fotosunu paylaşıb.
Qeyd edək ki, 1979-cu ildə lentə alınmış bu filmdə Amaliya Pənahova (Zərnisə) Rasim Balayevin (Babək) həyat yoldaşı rolunu oynayır.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin