Türkiyənin tanınmış komediya ustası Şahan Gökbakar “Recep İvedik - 6 ” filminin ekranlaşdırılacağını bildirib.
Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qardaşı Togan Gökbakar ilə filmin hazırlıqlarına başladıqlarını söyləyən Şahan Gökbakar, “Recep İvedik - 6” ilə bağlı fikrimizdə iki fərqli hekayə var. Hazırda qərar vermə mərhələsindəyik. Dəqiq qərar verildikdən sonra ssenarini hazırlayıb, çəkilişlərə başlayacağıq. Filmin nümayişini 2019-cu ilə planlaşdırırıq”.
Qeyd edək ki, bundan əvvəl təqdim olunan “Recep İvedik - 5” filmi təxminən 7,5 milyon nəfər tərəfindən izlənilib.
A.S.
www.oxu.az