Sevilən müğənni Rəhim Rəhimli Oxu.Az saytına Yeni il planlarından söz açdı.
Məşhur onu sevənlərə Yeni ildə yeni klipini təqdim edəcək.
“Yaxın günlərdə “Dön geri” adlı mahnımı təqdim edəcəyəm. Mahnının musiqisi və sözləri mənə məxsusdur. Klipi Anar Hüseynov çəkəcək. Aranjimanı isə Bəbir və Eminə aiddir. Eyni zamanda 6/8-lik ritmində yeni popuri yazdırmışam. Yeni İldə 5 məkanda səhnəyə çıxacağam”.
Aytən Sadıqzadə
Foto: Nüsrət Abdullayev
www.oxu.az