Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Özünü prezidentin mühafizəçisi kimi təqdim edən şəxsə hökm oxundu
Bakı Ağır Cinayətlər Məhkəməsində fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayevin yaydığı videoda görüntüsü olan Natiq Babaşov və ABU-ya işə düzəltmək adı ilə dələduzluq etməkdə təqsirləndirilən Mirsahib Məcidovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, prosesdə hökm oxunub.
Hökmə əsasən, hər iki şəxs 7 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, E.Abdullayevin iyul ayında yaydığı videoda Natiq Babaşov özünü prezidentin mühafizə xidmətinin əməkdaşı kimi təqdim edir və Mahir Abdullayevi gətirməyə söz verib.
M.Məcidov isə fəaliyyəti dayandırılan Azərbaycan Beynəlxalq Universitetinə bir nəfəri işə düzəltmək adı ilə pul alıb və həmin şəxsin şikayəti əsasında axtarışa verilib.
Binəqədi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Məcidov tutulub.
Hər iki şəxs Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsinin müxtəlif bəndlərinə əsasən ittiham ediliblər.
Onu da qeyd edək ki, hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər.
"Bakı" teqi üzrə xəbərlər
- Bakıda maskalı şəxs lombarda silahlı basqın edib - ANBAAN GÖRÜNTÜLƏR
- "Bakıda üç gündür aşan yol nişanı təmir edilmir" - Şikayət
- Bakıda biri uşaq olmaqla üç nəfər yanaraq öldü: YENİ DETALLAR
- Bakının iki rayonunda keçirilən əməliyyat zamanı 22 qumbara aşkarlandı
- Bakı küçələrindən rəngarəng reportaj: Novruz hazırlıqları necə gedir?