“Gündəlik" verilişinin qonağı əməkdar artist, gitara ifaçısı Rəmiş olub.
Oxu.Az gecce.az-a istinadla xəbər verir ki, verilişdə qonaq olan sənətçi pis vərdişlərindən danışıb.
“Kişinin iradəsi olmalıdır. Bir şeyi dedisə etməlidir. Mən 16 ildir ki, pis vərdişlərimdən uzaq olmuşam. Bunlara son qoydum. Həyat yoldaşım Gülüdən soruşun o, desin. İnsanın ətrafı pis olanda və ya çoxlu pulu olanda pis vərdişlərə qurşanır. Bu cür insanlar pul tapa bilməyəndə oğurluq da edir. Oğurluq bacarmırsa evə gedib, anasının qızıllarını oğurlayır. Hər bir insanın ətrafı yaxşı olanda, tutduğu mövqe sağlam olur. O, adını çəkdiyim pis vərdişimə son qoyduqdan sonra ancaq qəlyan çəkirdim. Ona da sonradan həyat yoldaşım Gülü icazə vermədi. Hətta, icazə vermir kimsə yanımda siqaret çəksin. Artıq qocaldım. Noyabrda 70 yaşım olacaq, hələ də əməkdar artistəm”.