Əməkdar artist, məşhur gitara ifaçısı Rəmiş odlu-alovlu çıxış edib.
Oxu.Az Teleqraf.com-a istinadən xəbər verir ki, bu sözləri gitara ifaçısı Rəmiş “İncə sənət” verilişinə müsahibəsində deyib:
“Qəşəng fiqurası olanlar üz-gözünə pudra çəkib çıxır oxuyur. Qıza oxşayan oğlanlar müğənni olub. Bilinmir kim kimi saxlayır. Əvvəllər qadınların kişi müştərisi var idi, indi deyirlər, kişilərin də kişi müştəriləri yaranıb”.
“Niyə hamını səhnəyə buraxırlar? Qulağına sırğa taxan, başına rəng qoyan, üzünə rəng yaxana kişi demirəm. Əsl kişi mənim kimi olar: səliqəli geyinməlidir, yaşlandıqca saçı ağarmalıdır. Əsl kişi Arif Babayevdir, Mənsum İbrahimovdur”.