Hindistanın insan resurslarının inkişafı nazirinin həyat yoldaşı ərinin sevgilisi ilə yazışmalarını internetdə yerləşdirdiyi günün səhəri ölü vəziyyətdə aşkarlanıb.
Oxu.Az BBC-ə istinadən xəbər verir ki, yerli KİV-in məlumatına görə, Sunanda Puşkarın cəsədi Nyu-Dehlidə oteldə tapılıb. Ölümün səbəbləri müəyyənləşdirilir.
Qeyd edək ki, bir gün əvvəl ər və arvadın adı Twitter-də nazirin sevgilisi ilə yazışmalarının şərhi ilə bağlı qalmaqalda hallanmışdı.
Əvvəlcə nazir Şaşi Txarurun həyat yoldaşı səhifəsindəki yazışmaları özünün yerləşdiyini desə də, sonradan akkauntunun sındırılıdığını, özünün isə ailədə xoşbəxt olduğunu bildirmişdi.