Məşhur reper Qurd yeni mahnısını təqdim edib.
Reper Oxu.Az-a bildirib ki, Azərbaycanda virus videonu ilk təqdim edən odur və inanır ki, ondan sonra digər şou-biznes nümayəndələri də belə addımlar atacaqlar. Necə ki “Tapın onu” klipindən sonra əksər müğənni və reperlər +18 kliplər çəkməyə başladılar.
Qeyd edək ki, sözügedən yeni mahnının və videonun adı “Bəyəndinmi?” adlanır. Mahnının aranjimanıçısı Nadir Nəğd Pul və videonun quruluşçu rejissoru Nurlan Ələkbərovdur.