Rəqqasə Oksana Rəsulova yeni mənzilinin görüntülərini tamaşaçılara təqdim edib.
Oxu.Az xəbər verir ki, Oksananın yeni evini ATV-də yayımlanan “Onlar” verilişi görüntüləyib.
Mənzildə bir rəsm əsəri diqqət çəkib. Oksana həmin əsər haqda bunları söyləyib:
“Bu rəsm əsəri sevdiyim insan tərəfindən toy günümdə bağışlanılıb. Bu, Elşad Xosedir. Hazırda onunla heç bir əlaqəm yoxdur. Hətta məclislərin birində üz-üzə gəldik, amma salamlaşmadıq.
Mənzilimdə müxtəlif müsabiqələrdə qazandığım diplomlarım da çoxdur. Evimdə rəqs otağı da var”.
Aytən Sadıqzadə
www.oxu.az