Xalq artisti Brilyant Dadaşovanın bacısı müğənni Lalə Dadaşova barəsində rəhmətə gedən həyat yoldaşının qohumları odlu-alovlu fikir bildirib.
Oxu.Az xəbər verir ki, müğənninin dünyasını dəyişən həyat yoldaşı, elə onun öz həmkarı, hər kəsin tanıdığı ifaçı Elçin Cəlilovun qohumları Lalə Dadaşovaya onun barəsində danışmağı qadağan ediblər.
ATV telekanalında yayımlanan “Ümid var”ın canlı efirinə qoşulan E.Cəlilovun əmisi qızı və əmisinin həyat yoldaşı bunları deyib:
“Biz Lalə üçün qadağa qoyuruq! Elçinin adını çəkməsin. Bizim bir gəlinimiz olub, Elçinin xalası qızı Mənzurə xanım. Biz Laləni tanımırıq, tanımaq da istəmirik! Əl çəksin bizdən!”
Qohumlar eyni zamanda, Lalə Dadaşovanın meyxanaçı Samirəyə əxlaqsız və çoxsaylı sevgililəri olan qadın deməsi fikrinə də münasibət bildiriblər:
“Samirə meyxanaçı deyil, müğənnidir. Ona elə söz demək lazım deyil”.
Aytən Sadıqzadə
www.oxu.az