Müdafiə Nazirliyi bəzi elektron kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Fətullah Gülən və Mustafa Günay adlı şəxslər arasında aparılan telefon danışığının yayılmış audioyazısında Azərbaycan Respublikasının Müdafiə naziri barədə səsləndirilən fikirlərə münasibət bildirib.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, müdafiə naziri Zakir Həsənovun adıçəkilən şəxslərlə heç bir tanışlığı yoxdur:
“Nazirin ünvanına heç bir təbrik məktubu daxil olmayıb və bunu bir təxribat kimi qiymətləndiririk”.