Rəqqasə Rəna Ağamuradova istirahətə yollandığı Misir Ərəb Respublikasından yenicə Bakıya qayıdıb.
Ağamuradova Oxu.Az-a necə dincəlməyindən danışıb:
“Misirdə, Şarm əş-Şeyx şəhərində dincəldim. Çox gözəl şəhər idi. Delfinlərlə üzməkdən zövq aldım. Bu, mənim uşaqlıq arzum idi. Daha sonra Saxarada oldum. Məşhur Misir piramidalarını da gördüm”.
İki uşaq anası olan rəqqasə necə formada qalmağından da bəhs edib:
“Mən düzgün qidalanıram. Yağlı, qızartma yeməkləri yemirəm. Mütəmmadi olaraq idamanla məşğul oluram”.
Aytən Sadıqzadə
www.oxu.az