Müğənni Rəqsanə nə az, nə çox düz beş mahnı bəstələyib.
Oxu.az bildirir ki, xanım müğənni“Gün.Az”-a açıqlamasında söz və musiqisi özünə məxsus olan 5 mahnı hazırladığını deyib.
Bildirib ki, həmin mahnıları həmkarlarına hədiyyə edəcək. Hətta həmin mahnılar Türkiyədə aranjeman olunub:
“Beş nəfər müğənninin kimliyini müəyyən etmişəm. Səslərinə dəyər verdiyim həmkarlarım mənim mahnılarımı oxuyacaq. Mahnılarım onlara hədiyyə olunacaq. Hələlik onların adlarını açıqlamaq istəmirəm. Hazırda İstanbuldayam. Gələn həftənin sonları Bakıya gələcəyəm. Mahnıları da həmin ərəfədə təqdim edəcəyəm”.