Müğənni Rəqsanə İsmayılovanın qızı Aysun ailə qurmağa hazırlaşır.
Oxu.Az Axşam.az-a istinadən xəbər verir ki, Rəqsanə övladının nişanının bu yaxınlarda baş tutacağını deyib.
O, “Pərdə” verilişinə açıqlamasında iki gün toy edəcəyini bildirib:
“Qızımın toyu yeni ildə baş tutacaq. Mərasim həm Moskvada, həm də Bakıda keçiriləcək. Mən media nümayəndələri üçün qapalı məclis etməyəcəm. İstəyən toya gələcək, çəkiliş edəcək. Onsuz da icazə verməsəm belə, qonaqlar şəkil çəkib İnstaqramda paylaşacaq. Çox gözəl toy baş tutacaq”.