Müğənni Rəqsanə İsmayılovanın avtomobil qəzası keçirməsi barədə xəbər vermişdik.
Oxu.Az-ın “10lar” verilişinə istinadən məlumatına görə, müğənni ilk dəfə başına gələn hadisədən danışıb:
“Mənim maşınım əzilməyib, cızılıb. Qəzanı törədən 21 yaşlı cavan oğlan mənim avtomobilimdən əlavə 4-5 avtomobili də əzmişdi. Mən həmin anda dua edirdim ki, cavandır, ona heç nə olmasın. Həmin gəncin anası mənə çox sağ ol bildirdi ki: “Siz kişi kimi qadınsınız. Orada hamı öz avtomobilinin dərdini çəkirdi, siz isə mənə təsəlli verirdiniz ki, dəmir parçasıdır, əzilib eybi yox, əsas odur ki, oğlunuza heç nə olmasın””.
Aytən Sadıqzadə
www.oxu.az