Heç bir stilistlə işləmirəm. Geyimlərimi özüm seçirəm. Hətta girib mağazadan 10 manata da paltar alıram. Amma onu 1500 manatlıq ayaqqabı, 2000 manatlıq pencəklə geyinib elə formaya salıram ki, ucuzluğu bilinmir.
Oxu.Az Axşam.az istinadən xəbər verir ki, bu sözləri müğənni Rəqsanə İsmayılova deyib.
Sənətçi alış-verişi çox sevdiyini və hər paltardan üç ədəd aldığını bildirib:
“Bilirsiniz ki, Azərbaycan, Türkiyə və Rusiyaya tez-tez gedib gəlirəm. Üç qarderobum var. Əksər hallarda bir paltardan üç ədəd alıram. Əvvəllər Azərbaycandan alış-veriş edirdim. Sonra tədbirlərə gedəndə gördüm ki, mənim libasdan digər müğənni də geyinib. İndi özümə buradan nəsə almağı tamamilə qadağan etmişəm. Paltarlarımı yalnız xaricdən alıram. Qarderobumda ən çox ayaqqabı var. Əksəriyyəti isə “Saint Laurent” (YSL) brendindəndir”.
Rəqsanənin sözlərinə görə, o, açıq-saçıq geyinməyə pis baxmır:
“Əgər mən səhnə adamıyamsa, niyə də istədiyimi geyinməyim ki? Buna pis baxmıram. Qısa da, şortik də geyinərəm... Qadın tək açıq-saçıqlıqla cazibədar olmur”.
Xalq artisti İlhamə Quliyevanın ad günündə kürəyi açıq geyimi ilə diqqət çəkən Rəqsanə görünüşü üçün xərclədiyi məbləği açıqlayıb:
Don – Valentina 3 000 dollar, ayaqqabı – YSL 2 500 dollar, ustam Moskvada yaşayır – 3 000 dollar, boyunbağı brilyantdır, hədiyyə ediblər – 8 000 dollar.
Saat və sırğa çox bahalıdır, qiymətini deməkdən çəkinirəm – Chopard
Müğənni bu imicinə ümumilikdə 16 500 dollardan çox pul xərcləyib.






www.oxu.az