Müğənni Zamiqlə Atv kanalının aparıcısı Nanə Ağamalıyeva dünən nişanlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə bizimbaku.ws saytına etibarlı mənbələrdən məlumat daxil olub.
Məlumata görə, nişan mərasimi teleaparıcının dayısı evində baş verib.
Nişan mərasimində Zamiqin ailəsi və Nanənin ailəsi iştirak edib
Lakin müğənni özü Vesti.Az-a açıqlamasında bu informasiyanı təkzib edib.
“Mən artıq Nanə ilə yalnız dost olduğumuzu deməkdən yorulmuşam. Mən nişanlanmamışam. Bu yalan xəbərdri” – deyə, Zamiq bildirib.

