Milli Şuranın sədri Rüstəm İbrahimbəyov Azərbaycan xalqına müraciət edib.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, Rüstəm İbrahimbəyov açıqlamasında xalqı Milli Şuraya dəstək olmağa çağırıb.
“Xalq dəyişiklik istəyirsə, Milli Şuranın hesabına 1 manat köçürsün.
Ən azı 1 milyon insan belə etsə, bu həm də o deməkdir ki, seçicilərin 25 faizi hakimiyyətə “get” deyir. Bu çox önəmlidir” . - İbrahimbəyov deyib.