Azərbaycan prezidenti İlham Əliyev əmək pensiyalarının baza hissəsinin artırılması artırılması barədə sərəncamlar imzalayıb.
Oxu.Az dövlət başçının rəsmi saytına istinadən xəbər verir ki, əmək pensiyasının baza hissəsinin məbləği 2013-cü il sentyabrın 1-dən 100 manat müəyyən ediləcək.
Sərəncama əsasən, Dövlət Sosial Müdafiə Fonduna Azərbaycanın Milli Qəhrəmanlarının və şəhidlərin ailə üzvlərinin, əlillərin və digər şəxslərin əmək pensiyalarının baza hissəsinə əlavələr də daxil olmaqla, bütün növ əmək pensiyaları üzrə aylıq pensiya məbləğlərinin artırılaraq yenidən hesablanmasını təmin etmək tapşırılıb.
Dövlət başçısı Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etməyi tapşırıb.