Müğənni Röya “Gündəlik” verilişində geyindiyi və həmkarı Rəqsanə İsmayılova ilə qalmaqala səbəb olan libasından danışıb.
Oxu.Az xəbər verir ki, Röya sözügedən geyimi 2011-ci ildə “Göndər” mahnısına çəkilən klipdə geyindiyini bildirib:
“Rəqsanə də incəsənət adamıdır, geyinə bilər. Amma deməməliydi ki, ilk dəfə o geyinib. Çıxdı dedi ki, 2013-cü ildə o pencəyi ilk dəfə mən geyinmişəm. Biz göstərdik ki, o geyimi 2011-ci ildə “Göndər” mahnısına çəkilən klipdə mən geyinmişəm. Məndən bir gün sonra mənim saçlarıma bənzər saçlarla efirə çıxmamalıydı. Adi insanların dilindən deyirəm ki, o saç olmadı. Ya bir müddət gözləməli, ya da dəyişməli idi”.
Aytən Sadıqzadə
www.oxu.az