Müğənni Röya Ayxan “Şirin çay” verilişinin qonağı olub.
Oxu.Az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, sənətçi 8 Mart Qadınlar bayramında bahalı hədiyyə gözlədiyini də bildirib:
“Sabah qadınların bayramıdır, təbrik edirəm. Hamıdan hədiyyə gözləyirəm. Mən qadınam, ildə bir bayramım olur. İlin hər günü onlar üçün bayram edirəm, toylarında oxuyuram. Gül ilə başımı aldatmayın. Bahalı hədiyyə almaq, bahalı yerlərə getmək istəyirəm”.
Röya geyimini müzakirə edənlərə də ismarıc göndərib:
“Bu gün verilişə ana kimi geyinib gəlmişəm. O boyda paltar geyinmişdim, adını pencək qoydular. Xalq artisti Rəmiş yaxşı cavab verdi ki, Röyanı alacaqsız? Haqqımda danışsınlar. Nə vaxt ki, məni müzakirə etməyəcəklər, biləcəm ki, artıq bitmişəm”.