Boris Nemtsovun qətlində şübhəli bilinən iki nəfər saxlanılıb. Bu barədə Rusiyanın Birinci kanalının jurnalisti rəsmi tvitter səhifəsində yazıb.
O, məlumatında Federal Təhlükəsizlik Xidmətinə (FTX) istinad edir.
Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, Birinci kanalın canlı efirində FTX-nin rəhbəri Aleksandr Bortnikov saxlanılanların adlarını açıqlayıb.
“Aparılmış əməliyyatlar nəticəsində bu cinayəti törətməkdə şübhəli bilinən iki nəfər saxlanılıb. Onlar Qubaşev Anzor və Dadaev Zaurdur”, - o deyib.
O, qeyd edib, şübhəli şəxslər qafqazlılardır.
“Hazırda lazımı əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir”, - o deyib.