Artıq 3 ildən çoxdur səhnədən, efirdən uzaq düşən Azərbaycan estradasının tanınmış ekstravaqant ifaçısı Samir Bağırov, müğənni Rəqsanə İsmayılova ilə birgə görüntülənib.
Oxu.Az xəbər verir ki, məkanların birində fotokameraların obyektivinə tuş gələn iki məşhur ifaçı maraqlı açıqlamalar veriblər. İfaçı S.Bağırov uzun müddətdir görünməməsini və Rəqsanə ilə bir araya gəlmələrinin səbəbini belə şərh edib:
“Mən hər dəfə yeni işlərimlə səhnəyə qayıdacağımı deyirəm, amma bəzi səbəblərə görə alınmır. Bu dəfə hörmət etdiyim, dəyərli Rəqsanə ilə birlikdə ciddi işlərə başladıq. İnşallah yeni mövsümdə maraqlı layihə ilə səhnəyə qayıdıram. Bu işdə dəyərli dostum Rəqsanə və özümə uğurlar arzulayıram”.
Rəqsanə də öz növbəsində Samirin sözlərini təsdiq edib:
“Samirlə bizim bir araya gəlməyimiz təsadüfi deyil. Bu mövzuda çox danışmaq istəmirəm. Sürpriz olsun. İnşallah yeni mövsümdə tamaşaçılarımız görəcəklər. Artıq hazırlıqlar başlayıb. Qızğın iş gedir. Samirlə birgə çox maraqlı bir layihə hazırlayırıq. Səbir edin, tezliklə özünüz şahid olacaqsınız”.
Aytən Sadıqzadə
www.oxu.az