Tanınmış azərbaycanlı müğənni Roza Zərgərli bölgələrdə yay turne konsertlərinə start verib.
Oxu.Az-a açıqlama verən ifaçı bildirib ki, turnenin ilk konserti Siyəzən rayonunda olub:
“Nəhayət, bu mövsüm solo konsertlərə start verdik. Biz bu konsertləri “Bakı vaxtı ilə hər bir obada” adı altında, “Ben prodakşn”ın dəstəyi altında həyata keçiririk. İlk konsertimiz Siyəzəndə oldu. Turne zamanı bölgələrdə həyata keçirdiyimiz konsertlərin hər biri “Baku 2015” Avropa Oyunlarının idmançılarına həsr olunub. Belə ki, Siyəzən konserti “Baku 2015”in bürünc mükafatçısı Niyazi Əliyevə həsr olunmuşdu. Növbəti konsertlərimiz isə digər çempionlara həsr olunacaq”.
Qeyd edək ki, aparıcı Zabir Əliyevin aparıcılığı ilə baş tutan konsertdə R.Zərgərlini Bakı İnstrumental Ansamblı müşayiət edib. Gecədə qonaq qismində müğənni Sevinc Ağaşirinova də çıxış edib.
Aytən Sadıqzadə
Foto: Eko Ağalarov
www.oxu.az